"Kəpəz" Mərdəkandan yola saldı, "Kəpəz"lə Mərdəkanda qayıtdı

“Kəpəz”in yeni baş məşqçisi Azər Bağırov 5 aylıq fasilədən sonra Misli Premyer Liqasına (MPL_ qayıdır.

Presssport.az xəbər verir ki, 43 yaşlı mütəxəssis bunu bu axşam “Kəpəz”lə reallaşdırır. Bu, köhnə-yeni klubu “Araz-Naxçıvan”la səfər matçında baş verəcək.

Maraqlıdı ki, Bağırovun MPL-dən gedişi məhz indiki klubuyla bu gün çıxacağı "Liv Bona Dea Arena"da olmuşdu. Bu, keçən çempionatda son dövrədə - aprelin 5-də 1:2 hesabıyla uduzqları matç idi. Onda naxçıvanlılar fasiləyə hesada 1:0 irəlidə yollansa da, 2-ci hisəsnin əvvəlində 8 dəqiqəyə 2 top buraxaraq uduzmuşdu. Bundan az sonra Bağırov istefaya göndərilərək hazırkı baş məşqçi Elmar Baxşıyevlə əvəzlənir.

Bunun üstündən 5 ay keçir və artıq Şükürov istefaya göndərilərək Bağırovla əvəzlənir. Hansılar ki, Muxtar Respublika klubunda birgə işləyib. Belə ki, Şükürov vaxtilə “Araz-Naxçıvan”da Futbol Akademiyasının koordinatoru olub.

Onu da bildirək ki, Bağırov Baxşıyevlə də çox yaxşı tanışdı. Belə ki, onlar vaxtilə birgə futbol oynayıb. Sonralar isə Bağırov “Qəbələ”də Baxşıyevin köməkçisi olub.   

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC