Bu gün I Liqada I tura yekun vurulub.
Presssport.az xəbər verir ki, son oyun günündə 2 matç keçirilib.
Ötən mövsüm Premyer Liqada sonuncu olaraq elitanı tərk edən "Qəbələ" aşağı dəstədə oyununa çıxıb. Kaxaber Sxadadzenin komandası Qəbələ şəhər stadionunda "Zaqatala" ilə qarşılaşmada qolsuz bərabərə qalmaqka 2 xal itirib.
Bu, "Qəbələ"nin aşağı liqada 2-ci mövsümüdü. Debütü 2005-2006-cı illər mövsümünə təsadüf edən "qırmızı-qaralar" Birinci Divizionun (indiki I Liqa) ilk turunda "Şərur"la qarşılaşıb. 2005-ci il sentyabrın 21-də keçirilən görüşdə "Qəbələ" 8:0 hesabı ilə qalib gəlib.
Günün digər oyununda isə MOİK "Mingəçevir"i qəbul edərək gözlənilmədəb uduzub.
13 sentyabr
17:00.“Qəbələ” – “Zaqatala” - 0:0
Hakimlər: Vüqar Həsənli, Rəhman Aslanov, Samir Qaracayev, Murad Səlimov
Qəbələ şəhər stadionu
17:00. MOİK – “Mingəçevir” - 1:2
Qollar: İbrahim Əliyev, 90+1-pen - Aqil Nəsibov, 20, Taleh Fərmanov, 70
Hakimlər: Səbuhi Bayramov, Sənan Atayev, Aydın Bəxşiyev, Rəsul Babayev
Lökbatan OİK stadionu
12 sentyabr (cümə axşamı)
“Difai” – “Cəbrayıl” - 0:1
“İmişli” – “Bakı Sportinq” - 1:2
11 sentyabr (çərşənbə)
“Karvan” – “Qaradağ Lökbatan” - 1:0
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC