"Azər Bağırova və "Kəpəz"ə uğurlar arzulayıram. Çətin oyun olacağını gözləyirdik. "Kəpəz" neçə turdur ki, uduzurdu. Nə vaxtsa, bu seriya qırılmalı idi. Uşaqlar sağ olsunlar, hamısı sona qədər oynadı. Birinci hissədə diqtə edirdik, yaxşı hücumlar qurduq, son nöqtəni qoya bilmirdik. Bəxtsizlik var idi. İkinci hissədə eyni başladıq. Dəyişikliklərdən sonra qol vurduq və qalib gəldik".
Presssport.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın məşqçisi Rasim Ramaldanov Misli Premyer Liqanın V turunda “Kəpəz”ə evdə 1:0 hesabıyla qalib gəldikləri görüşdən sonra keçirilmiş mətbaut konfransında deyib.
Cəzalı baş məşqçi Elmar Baxşıyevi əvəzləyən gənc mütəxəssis ardından jurnalistlərin suallarını cavablandırıb:
- Qələbələrin davamının gəlməsi üçün nə edəcəksiniz?
- Dayanmalı deyilik. Qələbələr qazansaq da, davam etməliyik. Səhvlərimiz var, onların üzərində işləməliyik. Bir az da yaxşılaşdırmalıyıq. Bu, komandanın piki deyil.
- Avrokuboklar zonasında sona qədər qala biləcəksiniz?
- Avrokuboklardan konkret heç nə danışmaq istəmirəm. Amma komandamıza inanırıq. Yaxşı futbolçularımız var. Yaxşı komanda görəcəyik. Qarşıdakı oyunları fikirləşib, hazırlaşırıq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC