Zədəli Marko Yankoviçlə Bəhlul Mustafazadənin son durumları bəlli olub

"Qarabağ"ın 2 zədəli futbolçusu ilə bağlı son durum bəlli olub.

Presssport.az xəbər verir ki, komandanın monteneqrolu yarımmüdafiəçisi, Çempionlar Liqasının III təsnifat mərhələsinin "Ludoqorets"ə (2:7) qarşı cavab görüşündə zədələnmiş Marko Yankoviç və millinin düşərgəsində zədələnmiş müdafiəçi Bəhlul Mustafazadə Misli Premyer Liqasının VI turunun "Səbail"lə görüşünü buraxacaq.

Hər ikisi gələn həftə ümumi qrupa qoşulacaq. Hazırda isə onlar fərdi proqram əsasında bərpa prosesini keçirlər.

Xatırladaq ki, "Qarabağ" - "Səbail" matçı sabah "Azərsun Arena"da keçiriləcək və oyuna 19:00-da start veriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC