“Sabah” Premyer Liqanın 21-ci turunda doğma meydanda "Turan Tovuz"la 1:1 hesablı heç-heçə edib.
Presssport.az xəbər verir ki, Masazır təmsilçisinin məşqçisi Ruslan Qafitullin oyunsonrası mətbuat konfransına matç haqda fikirlərini bildirməklə başlayıb.
- Maraqlı oyun keçdi. İlk 15-20 dəqiqədə "Turan Tovuz" çox yaxşı və aqressiv oynadı. Ondan sonra daha çox topa biz nəzarət edirdik. İkinci hissədə rəqibin cərimə meydançasına yaxınlaşsaq da, təhlükəli epizodlar olmadı.
- "Qarabağ"la matçdan sonra nəyi dəyişə bildiniz?
- İki gün ərzində nəyisə dəyişmək bir az çətin məsələdi. Komandanı bu oyuna hazırlayaraq çıxaran İqor Ponomaryov çalışırdı ki, motivasiyanı qaldırsın. O özü görürdü ki, uşaqlara psixoloji cəhətdən təsir edib. Hər halda, iki ildən çoxdur ki, Murad Musayevlə bir yerdə işləyirdik.
- Bu gün gənc Xəyal Əliyevə şans verdiniz və əsas komandada debüt etdi. Murad Musayev onu tanıyırdı?
- Bizdə tək Xəyal yox, Rauf, Fəxri var. Murad Musayev bu gənc oyunçulara nəzarət edirdi. Onları tez-tez məşqlərə çağırırdı. Onlarda potensial görürdü. Sadəcə, Musayev komandada qalası olmadı.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC