"Bir neçə gün əvvəl avrokubokda mübarizəni başa vurduq. Bu yolda fərqli hisslər yaşadıq və əsas odur ki, layiqli şəkildə mübarizə apardıq, döyüsdük və klubumuzun tarixində avrokuboklarda ən uğurlu nəticəni göstərdik”.
Presssport.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov şəxsi “İnstagram” hesabındakı paylaşımında yazıb.
O vurğulayıb ki, komandası daha da irəli getmək istəyirdi: “Bütün hallarda, sona qədər əzmlə döyüşən kollektivimlə fəxr edir, daim bizə hər cür dəstəyi göstərən, inanan klub rəhbərliyinə, azarkeşlərimizə təşəkkürümü bildirirəm.
Bu avrokubok mövsümü bizə çox böyük təcrübə qazandırdı”.
Xatırladaq ki, “Zirə” bu mövsüm Konfrans Liqasında pley-off mərhələsinə kimi yüksələ bilib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC