Avropa Liqası: "Qarabağ" azarkeşləri üçün Londondakı matçın biletlərinin qiyməti açıqlanıb

Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Tottenhem" (İngiltərə) - “Qarabağ” matçını izləmək istəyən qonaq komandanın azarkeşləri üçün biletin qiyməti açıqlanıb.

Presssport.az xəbər verir ki, “Tottenhem Hotspur Stadium"da baş tutacaq oyunun biletinin qiyməti 80 AZN təşkil edir.

Londondakı qarşılaşmanı izləmək və Ağdam təmsilçisini dəstəkləmək istəyən tərəfdarlar üçün ayrılmış vauçerlər iTicket.az-da onlayn şəkildə satışdadı. Azarkeşlər əldə etdikləri vauçerləri oyun günü stadionun "Block 503" sektorunun qarşısında yerləşən məntəqədə biletə dəyişməlidi.

Xatırladaq ki, "Tottenhem " - "Qarabağ" oyunu sentyabrın 26-ı saat 23:00-da (Bakı vaxtı ilə) start götürəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC