Qvardioladan səmimi etiraf: "Sosial şəbəkələri sevmirəm, heç "WhatsApp"ım da yoxdu"

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola sosial şəbəkələrdən istifadə etməyi sevmədiyini etiraf edib.

Presssport.az xəbər verir ki, 53 yaşlı ispaniyalı mütəxəssis məsələ haqda bu cür danışıb:

"WhatsApp"da oyunçularla söhbət aparıram? Xeyr, heç "WhatsApp"ım da yoxdur. Sosial şəbəkələri, elektron məktubları, "WhatsApp"ı və ümumilikdə bu kimi şeyləri sevmirəm. Yalnız bir telefonum var. "TikTok"da, tvitterdə, digər sosial şəbəkələrdə də də yoxam. Bunların heç birində yoxam! Sadə telefon və mesajlar: hamısı budur. Lentimi vərəqləmək üçün vaxtımı itirim? Yox, yox, yox!”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC