Misli Premyer Liqasının VI turunun açılış matçında "Araz-Naxçıvan" ilə səfər oyununun sonlarında mübarizə anında rəqib futbolçu ilə toqquşmadan sonra qıcolma tutması keçirən “Kəpəz”in kapitanı Yeqor Xvalkonun vəziyyəti yaxşıdı.
Presssport.az xəbər verir ki, bu haqda Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, xəstəxanaya aparılan 27 yaşlı belaruslu müvafiq müayinələrdən keçirilib və səhhətində problem aşkarlanmayıb.
Xatırladaq ki, “Liv Bona De Arena”dakı qarşılaşmanın 90+3-cü dəqiqəsində huşsuz halda yerdə qalan Xvalkoya ilkin tibbi yardım üçün meydana ambulans daxil olmuşdu.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC