Böyük futbol Buzovnaya qayıtdı - 26 il sonra

Bu gün Azərbaycan futbolu üçün əlamətdar gün kimi tarixdə qalacaq. Bəli, məhz bu gün 3 yanvar tarixində 26 il sonra Buzovnaya böyük futbol qayıdıb. Qəsəbə təmsilçisi "Xəzri", 1998-ci ildə "Gənclik" stadionunda sonuncu dəfə rəsmi ev matçında meydana çıxdıqdan sonra dağılmışdı. Aradan keçən 26 il sonra, 1995-ci ildə "Xəzri"nin heyətində yer alan Elman Sultanovun çalışdırdığı və Buzovnanı təmsil edən "Baku Sportinq" hazırlıq qarşılaşmasında, yenilənmiş və təbii ot örtüyünə malik arenada I Liqada çıxış edən "İmişli"ni sınağa çəkirdi. 

Elşən Abdullayevi transfer edərək güclənən Əsgər Abdullayevin rəhbərlik etdiyi kollektiv, ambisiyalı II Liqa lideri qarşısında tab gətirə bilmədi. Oyunboyu böyük üstünlüyə malik olan "Baku Sportinq" 12-ci dəqiqədə hesabı açdı. 26 il sonra Buzovna stadionunda vurulan qolun müəllifi Ülvi Quliyev oldu. Ev sahibləri ilk yarıda daha bir dəfə rəqib torunu silkələdi. Emil Həsənzadə 35-ci dəqiqədə rəqibi meydanın mərkəzinə dəvət etdi.

İlk 45 dəqiqə bu hesabla bitdi. Görüşün ikinci hissəsində - 71-ci dəqiqədə dublunu rəsmiləşdirən Həsənzadəyə, "İmişli" FK-dan 75-ci dəqiqədə Quliyev cavab verdi. Bu qarşılaşmada vurulan son qol oldu - 3:1. Bununla da, "Baku Sportinq" fasilədə keçirdiyi ikinci hazırlıq matçından da (İlk oyun "Sabah" U-19-la 4:3) qalib ayrıldı. 

Qeyd edək ki, hazırda 2-ci liqada turnir cədvəlinə başçılıq edən "ağ-göylər" ən yaxın izləyicisini 7 xal qabaqlayır.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC