Miroslav Kloze Mahir Emrelinin bu gün debüt edə biləcəyini deyir - 30 dəqiqədən artıq oynamaq vaxtı olmayacaq

Bu gün Almaniya II Bundesliqasında V turunda növbəti oyunlar keçiriləcək. 

Presssport.az xəbər verir ki, millimizin futbolçusu Mahir Emrelinin bu yay keçdiyi “Nürnberq” “Ulm 1846”ın qonağı olacaq.

Məlum olduğu kimi, 27 yaşlı hücumçumuz zədə səbəbindən hələlik yeni klubunda debüt edə bilməyib. Amma onun zədəsi artıq sağalmaq üzrədi. Belə ki, komandanın baş məşqçisi Miroslav Kloze keçirdiyi son mətbuat konfransında zədədən sağalan oyunçuların hamısının (Tim Handerverkerdən başqa) xidmətindən bugünkü görüşdə istifadə edə biləcəyini deyib. Amma 46 yaşlı almaniyalı mütəxəssis onu da vurğulayıb ki, zədədən qayıdan həmin oyunçular ehtiyatda yer alacaq və meydanda 30 dəqiqədən artıq olmaq vaxtı olmayacaq.

“Nürnberq”in saytı da yazır ki, Mahir bugünkü matçın iştirakçıları sırasında olmağa namizəddi. Sadəcə, Kloze onu hələlik əsas heyət üçün düşünmür.

Xatırladaq ki, “Nürnberq” 4 oyundan 4 xalla 18 komanda arasında 13-cü yeri tutur və bugünkü rəqibini turnir cədvəlində 3 pillə qabaqlayır.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC