"Neftçi Arena"da oturacaqların rəngi dəyişdirilib - doğma olan "ağ-qara"yla

"Neftçi Arena”da yenilənmə işləri həyata keçirilir.

Presssport.az xəbər verir ki, bir müddət əvvəl yararsız hala düşən arenanın ot ortüyündə dəyişilik edilib və meydança normal hala salınıb.

Amma yeniliklər bununla bitməyib. Belə ki, stadionun bütün oturacaqlarının rəngi də dəyişdirilib. Oturacaqlar “Neftçi”nin doğma rəngi olan ağ-qara rənglərlə əvəzlənib. Buna qədər oturacaqlar göy rəngdə idi.

Onu da bildirək ki, arenanın Azərbaycan derbisi - “Neftçi” - “Qarabağ” matçına kimi tam hazır olacağı gözlənilir. Misli Premyer Liqasının Xx turu çərçivəsində keçiriləcək bu görüş sentyabrın 20-də keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC