Abasov bəhanə axtarmır, ümidsiz də deyil: "Pis gündə səbrli olmalıyıq, dava-dalaşla nəsə qazana bilmərik"

"Sumqayıt" Misli Premyer Liqasının VI turunda səfərdə "Şamaxı"ya 0:1 hesabı ilə məğlub olub.

Presssport.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransına uduzduqları matç haqda fikirlərini bildirməklə başlayıb.

- Rəqibi təbrik edirəm. Ayxan Abbasov mübariz komanda qurub. Tez qol buraxdıq. Hesabı bərabərləşdirmək üçün fürsətimiz oldu. Amma yararlana bilmədik. Oyunun sonunda rəqib qapandıqca qol vurmağımız çətinləşdirdi. Gələcək oyunlara hazırlaşacağıq. Belə period hər komadanın başına gəlir. Çempionatın əvvəlidir. Futbolçular tam hazır deyil. Amma bu, bəhanə deyil.

- Ardıcıl 3 oyundur məğlub olursuniz. Bu durumdan çıxmaq üçün ümidiniz var?

- Əlbəttə! Uşaqlar tam formaya düşəndə nəticələr də olacaq. Bu gün fiziki baxımdan balanslı komanda deyilik. Belə əziyyətlər çəkəcəyimizi bilirdik. Hələ çempionatın əvvəlidir. Keçən il də belə problemlər yaşamışdıq. Pis gündə səbrli olmalıyıq, dava-dalaşla nəsə qazana bilmərik.

- Rəqibin hündürboylu mərkəz müdafiəçiləri olduğu halda futbolçularınız göylə ötürmələrə üstünlük verirdi. Bu, nə ilə bağlı idi?

- Cərimə meydançasında təhlükəli ola bilmirdik. Buna görə də rəqib oyunçuların səhv edəcəyinə ümid edirdik.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC