"Şamaxı" Misli Premyer Liqasının VI turunda doğma meydanda "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib.
Presssport.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransına qalib gəldikləri matçı dəyərləndirməklə başlayıb.
- Həmişə milli fasilədən sonra oynamaq çətin olur. Sevindim ki, futbolçularım tonusdan düşməyib. Bu gün yaxşı mübarizə apardıq. Oyuna yaxşı başladıq. İlk yarıda ikinci qolu da vura bilərdik. Futbolçularımın çıxışı məni sevindirdi. Azarkeşlərimizə təşəkkür edirəm. Xallarımızın üstünə xal gəldi, bundan sonra daha çətin olacaq. Növbəti matçlara hazırlaşmaq lazımdı.
- Belajdi Pusi 90 dəqiqə oynamağa hazır deyil?
- Hücumdan ondan çox şey istəyirik. İrəlidə rəqibin müdafiəsini təzyiqdə saxlayır. Vurduğumuz qol da onun mübarizəsinin nəticəsində oldu. Sarı vərəqəsi olduğuna görə ehtiyat etdim. Həm də oyuna yeni nəfəs qatmaq istəyirdik. Belajdi çıxandan sonra 4-5 təhlükəli hücumumuz oldu. Taktiki dəyişiklik idi.
- Komandanız əks-hücumlara çox çıxır, amma sonluq çatmır. Bu, sizi düşündürür?
- Əsas odur ki, hücuma çıxırıq. "Araz-Naxçıvan"la oyunda bu istəyimiz alınmırdı. Amma "Neftçi" və "Zirə" ilə matçlarda yaxşı hücumlarımız olurdu. Rüfət Abbasov son ötürmələrdə daha soyuqqanlı olsaydı, 2-ci qolu vura bilərdik. Gənc oyunçudur. Bu cür situasiyaları yaşamalıdır.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC