Millimizin futbolçusu Mahir Emrelinin formasını geyindiyi “Nürnberq” Almaniya II Bundesliqasında V turun oyununa çıxıb.
Presssport.az xəbər verir ki, “Ulm 1846”nın qonağı olan komanda 2:1 hesabı ilə qalib gəlib.
“Nürnberq” qələbəni 90+9-cu penaltidən vurduğu qolla qoparıb.
Emreli görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib. Beləliklə, onun yeni klubunda debütü baş tutmayıb.
Hazırda "Nürnberq" 7 xalla 11-ci yerdədi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC