Bakıda Formula 2 Azərbaycan Qran-Prisinin əsas yarışının qalibi mükafatlandırılıb

Bakıda Formula 2 Azərbaycan Qran-Prisinin əsas yarışı başa çatıb.

QOL.az xəbər verir ki, yarışda hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparıb. Ən yaxşı nəticəni “Trident”dən Riçard Versxor göstərib.

“ART Qrand Priks”in fransalı sürücüsü Viktor Martin ikinci, “Rasinq Prema”dan italiyalı Kimi Antonelli üçüncü olub.

Sentyabrın 13-də keçirilmiş birinci sərbəst yürüşdə “Van Amersfoort” komandasının braziliyalı pilotu Enzo Fittipaldi, sıralama turunda isə “Trident”də çıxış edən niderlandlı sürücü Rixard Versxor finişə hamıdan tez çatmışdı.

Ötən gün təşkil olunmuş sprint yarışında isə ən yaxşı nəticəni "PHM AIX Racing" komandasının paraqvaylı pilotu Yosua Dürksen göstərmişdi.

Onu da bildirək ki, "Formula 2" üzrə Azərbaycan Qran-prisinin qalibi mükafatlandırılıb və ona kuboku gənclər və idman nazirinin müavini Mariana Vasileva təqdim edib.

Bu gün, həmçinin saat 15:00-da Formula 1-də əsas yarış başlayacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC