Mikels üçün qardaşı nümunədi: "Mən də ən azından Coy-Lens kimi yaxşı oynamağa çalışıram"

"Şamaxı"nın legioneri Leroy-Jak Mikels Presssport.az-ın Şamaxıya ezam olunmu əməkdaşına danışıb.

Almaniyalı futbolçu ilk olaraq komandasının Misli Premyer Liqasının VI turunda evdə "Sumqayıt" (1:0) üzərində qazandıqları qələbəni şərh edib: "Maraqlı və yaxşı oyun alındı. Görüşə aqressiv start verdik. Qol şanslarımız da var idi. Erkən qol vurduğumuz üçün daha yaxşı oynamağa başladıq. Nəticədə qalib gəldik.

29 yaşlı sol cinah yarımmüdafiəçisi həmçinin “Sabah”dakı böyük qardaşı Coy-Lens Mikels barədə də danışıb: "Özüm də indi, yavaş-yavaş daha çox adaptasiya oluram. Ümumilikdə götürsək, Azərbaycan Premyer Liqasına tez adaptasiya olmuşam. Çünki bu çempionatı daha əvvəldən də tanıyırdım. Qardaşım burda oynayırdı, liqanı izləyirdim. Coy-Lens burda yaxşı oynamışdı, bu il də çox yaxşı performans göstərir. Mən də ən azından onun kimi yaxşı oynamağa çalışıram. Digər qardaşımız da Azərbaycana gəlib, burda yaxşı oynaya bilər. Çünki yaxşı oynamaq qanımızda var".

Leroy-Jak Şamaxını bəyəndiyini də deyib: "Şamaxını gəzmişəm. Burda olduğum üçün xoşbəxtəm. Düzdü, vaxtımın çox hissəsini elə oteldə keçirirəm. Amma ümumilikdə komandadan, şəhərdən və baş məşqçimizdən çox razıyam".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC