Maksimova 2 klubumuzdan təklif gəlib - millimizin baş məşqçisi postuna namizəd də olub

“Keşlə” (indiki “Şamaxı”) klubunun sabiq baş məşqçisi Yuri Maksimov Azərbaycan Premyer Liqasına qayıtmaqdan imtina edib. 

Presssport.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu ölkədən olan 57 yaşlı mütəxəssisə 2 klubumuzdan təklif gəlib. 

Bundan başqa, ukraynalı həmkarlarımızın iddiasına görə, Maksimov Azərbaycan milli komandasının baş məşqçisi postuna namizədlər siyahısında “şort-list”də də yer alıb. 

Lakin o, Vətənini tərk etmək istəmədiyi və yerli klublardan təklif gözlədiyi üçün bütün təklifləri rədd edib. 

Xatırladaq ki, Maksimov 2017/18 mövsümündə "Keşlə"nin baş məşqçisi kimi Azərbaycan kubokunun sahibi olub. Təcrübəli mütəxəssis son olaraq Ukrayna Premyer Liqasında yarışan "Dnipro-1" klubunu çalışdırıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC