"Hakim təmiz qoumuzu hesaba almadı" - "Turan Tovuz"un futbolçusu

"Çətin oyun idi. Bilirdik ki, rəqibin hücum xətti çox güclüdür. Üstəlik, standart vəziyyətlər zamanı da təhlükəli olurlar”.

Presssport.az xəbə veri ki, bu sözləri “Turan Tovuz”un yarımmüdafiəçisi Ayxan Quseynov Misli Premyer Liqasının 6-cı turunda “Sabah”la heç-heçə (2:2) etdikləri oyun barədə danışarkən deyib.

O, hər iki hissənin əvvəlində buraxılan qolları ən böyük səhvləri adlandırıb: “Baş məşqçimiz əvvəldən tapşırmışdı ki, ilk 15 dəqiqədə diqqətli, maksimum konsentrasiyalı olaq. Lakin bacarmadıq. Bu, bizim ən böyük səhvimiz idi. Qapımızda erkən qol görsək də, özümüzü itirmədik. Daha çox qol vura bilərdik. Qalib gəlməyimiz də mümkün idi. Təəssüf ki, yekunda cəmi 1 xalla kifayətləndik”.

25 yaşlı futbolçu matçın sonlarında komandasının hesaba alınmayan üçüncü qolunu belə şərh edib: “Həmişə demişəm ki, hakimlərin qərarı barədə fikir bildirmək istəmirəm. Lakin məncə, o epizodda top çıxmamışdı. Təəssüf ki, çəkilişdən dəqiq, yüz faiz fikir bildirmək olmur. Bununla belə, bir neçə dəfə epizodu izlədim. Məncə, təmiz qol idi”.

Öz oyunu barədə danışan A.Quseynov daha yaxşı çıxış etməli olduğunu vurğulayıb: “Baş məşqçi ilə də tez-tez söhbətlərimiz olur. Hər zaman çalışıram komandaya kömək edim. Şadam ki, bu gün oyunum yaxşı alındı, fərqlənə bildim. Amma artırmalıyıq, mən də, komandada da”.

“Turan Tovuz”un yarımmüdafiəçisi növbəti turda qarşılaşacaqları “Araz-Naxçıvan”la matçdan da söz açıb: “Bu il çox komandalar gücləniblər. “Araz-Naxçıvan” da xeyli artırıb. Mövsümə uğurlu start veriblər. Ona görə də bizi qarşıda çox çətin oyun gözləyir. Onsuz da hər komanda ilə oynamaq çətindir. Matça tam konsentrasiya olmalı, asan top itirməməliyik” (qol.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC