"Neftçi"nin sabiq baş məşqçisi Adrian Mutu Türkiyədə çalışa bilər.
Presssport.az xəbər verir ki, "Ankaragücü" rumıniyalı mütəxəssisi komandanın "sükan"ı arxasına gətirmək istəyir.
Bu barədə "NTV Spor" məlumat yayıb.
I Liqa təmsilçisi Mutu ilə yanaşı, türkiyəli Ömər Ərdoğanla da danışıq aparır. Paxtaxt klubu danışıqların nəticəsinə əsasən bu 2 mütəxəssis arasında seçim edəcək. Millimizin futbolçusu Renat Dadaşov da "Ankaragücü"də çıxış edir.
Xatırladaq ki, Mutu 2023/24 mövsümünün ilk yarısında Bakı klubunun baş məşqçisi olub. Onun son iş yeri öz ölkəsində ÇFR olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC