Peşəkar Futbol Liqasının (PFL) təşkilatçılığı ilə Bilik Gününə həsr olunmuş sosial layihə həyata keçirilib.
Presssport.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Misli Premyer Liqasının VI turunun “Zirə” – “Neftçi” və “Sabah” – “Turan Tovuz” qarşılaşmalarından öncə futbolçular meydana bu il ilk dəfə məktəbə gedəcək uşaqlarla çıxıb
Əyinlərində məktəbli forması, çantası, əllərində Azərbaycan bayraqları olan gələcək məktəblilər xoş görüntü yaradıb, uzun illər unutmayacaqları anlar yaşayıb.
Daha sonra Azərbaycan Himni səsləndirilib.
Ardınca uşaqlar tribunaya qalxaraq valideynləri ilə birgə matçı izləyib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC