Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında VI turun görüşlərini keçirib.
Presssport.az xəbər verir ki, Litva ilə qarşılaşan kişilərdən ibarət yığmamız 1,5:2,5 hesabı ilə uduzub.
Aydın Süleymanlı - Titas Stremaviçius 0,5:0,5
Nicat Abasov - Paulus Pultineviçyus 0:1
Şəhriyar Məmmədyarov - Valeri Kazakovski 1:0
Məhəmməd Muradlı - Tomas Laurusas : 0:1
Vyetnam ilə üz-üzə gələn qadınlardan ibarət milli isə qələbə qazanıb - 2,5:1,5.
Günay Məmmədzadə - Ly Pham 0:1
Ülviyyə Fətəliyeva - Thi Vo 1:0
Gövhər Beydullayeva - Phong Lung 1:0
Xanım Baladjayeva - Nqoc Bax 0,5:0,5
Xatırladaq ki, kişilərdən ibarət yığma buna qədər Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5) və Moldovanı (3:1) məğlub edib, Hindistana uduzub - 1:3.
Qadınlardan ibarət komanda isə Sloveniya (3:1), Nikaraqua (4:0) və Avstraliyadan (3:1) üstün olub, Argentina və Ukrayna ilə heç-heçə edib - 2:2.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC