Çimərlik futbolu üzrə millimiz Alanyada təlim-məşq toplanışında olacaq

Çimərlik futbolu üzrə Azərbaycan millisi sentyabrın 25-dən oktyabrın 3-dək Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışında olacaq.

Presssport.az xəbər verir ki, yığma hazırlıq prosesində yoldaşlıq oyunları da keçirəcək.

Toplanış oktyabrın 4-dən 15-dək İspaniyanın Kadis şəhərində təşkil olunacaq dünya çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyır.

Yığmamız Türkiyəyə aşağıdakı heyətlə yollanacaq:

Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov.

Oyunçular: Amid Nəzərov, Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Rüfət Məmmədli, Bayram Bayramlı.

Xatırladaq ki, milli komandamız dünya çempionatının seçmə mərhələsinin A qrupunda İspaniya, İngiltərə və Gürcüstan yığmaları ilə mübarizə aparacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC