Musayevin gedişinə üzülən Nuriyev: "O, komandanı elə pis vəziyyətdə qoymayıb, özü də mövsümü bizim üçün xilas edə bilərdi"

“Sabah” Murad Musayevin istefasından sonra ilk matçda “Turan Tovuz”la evdə 1:1 hesablı bərabərliyə qaldı. Premyer Liqanın XXI turunda Masazırda baş tutan bu görüşdən sonra qəsəbə təmsilçisinin yarımmüdafiəçisi Anatoli Nuriyev Presssport.az-ın əməkdaşının suallarını cavablandırıb. 

  • - Evdə oynadığınızı nəzərə alsaq, 2 xal itirdiniz, yoxsa..?
  • - Əlbəttə, qalib gəlmək istərdik, buna köklənmişdik. Yaxşı qol epizodlarımız oldu ki, qələbəni qoparaq. Bu, ilk hissədə oldu. İkinci hissədə isə artıq bərabər oyun idi, rəqib bağlandı. Hesab edirəm ki, 2 xal itirdik. Amma onu da nəzərə alaq ki, rəqib yaxşı komanda idi.
  • - Səncə, qələbə üçün sizə əsas nə çatmadı?
  • - Fikrimcə, daha çox təhlüklə, qol vəziyyətləri yarada bilməməyimiz. 
  • - Daha çox aqressiya nümayiş etdirməli idiniz. Elə deyil?
  • - Prinsipcə, ola bilər. Hücumda aqressiv oynamalı idik ki, bu, bizdə alınmadı.
  • - Bəs, matçı elə da yaxşı başlayaraq erkən qol buraxmağınız nəylə əlaqələndirərdin? 
  • - Bəli, rəqibin belə oynayaraq ilk dəqiqələrdən qapımıza yol tapmağa çalışacağını gözləyirdik. Prinsipcə, tez qol buraxdıq. Görünür, bu da bizə təsir göstərdi. Amma belə götürəndə, qoldan sonra tez özümüzə gəldik, bərabərlik qolunu özünü çox gözlətmədi. Sadəcə, yekunda nəsə çatmadı. Yəqin, reallaşdırma ilə bağlıdı, yaxşı qol şanslarımız oldu, hətta top tirdən döndü. Qayıdan toplarda gözəl imkanlarımız oldu ki, hesabda irəli çıxaq. 
  • - Komandanız bu oyuna hazırlayaraq çıxaran baş məşqçi əvəzi İqor Ponomaryovun sizdən oyunda əsas tələbi nə idi?
  • - Daha çox topa nəzarət etmək. Siz də bunu gördünüz ki, buna nail olmuşduq. Çalışırdıq ki, topa sahib olma üstünlüyümüzdən yararlanaraq çox hücum edək, sürətllə hücuna keçək, bu zaman istiqaməti tez-yez dəyişək. 
  • - Baş məşqçiniz Murad Musayevin gedişindən sora qıas müddətdə bu oyuna necə köklənə bildiniz? Çünki əsas amil 1:7-dən sonar psixoloji planda hazırlıq idi…
  • - Bizə yetərincə ağır idi. Murad Oleoqviçlə keçən mövsüm bir yerdə işləyərək uğru qazanmış hər bir futbolçu üçün psixoloji planda çətin idi. Yaxşı məqşçi, yaxşı insandı Musayev. Onun məşqilər korpusu da çox yaxşı idi. Amma istənilən halda, başa düşürdük ki, irəli getmək, xallar qazanmaq lazımdı. Axı, avrokuboklara düşməyə hələ şansımız var. Turnir cədəvlində aşağıda olsaq da, yaxşı imkana malikdi. O mənada ki, yuxarııarla - 2-3-cü pillələrlə xal fərqimiz azdı. Buna görə anlayırıq ki, heç nə dəyişməyəcək, irəli baxmaq lazımdı. 
  • - İndi soyuq başla analiz edəndə, hansı nəticə çıxarırsınız? 1:7 olan gündə nə baş vermişdi?
  • - “Qarabağ” güclü komandadı, bunu qiymətləndirmək lazımdı. Onlarla aqerssviv oynamağ çalışdıq. Onlar isə buna görə bizi cəzalandırırdılar. Lazımsız səhvlər etdik, lazımsız qollar buraxdıq. Bu, futboldau, belə şeylər, belə nəticələr də olur. Necə deyərlər, tərs sillə aldıq. Bundan sonra ruhdan düşməyib, işləmək, irəliləmək lazımdı. 
  • - Murad Musayev karyeranda hansı izi buraxdı? Yəqin, gedişini gözləmirdin və buna üzüldün…
  • - Əlbəttə, belədi. Komanda yarada bilən insan idi. Keçən mövsümkü “Sabah” çox döyüşkən idi. Gördüyünüz kimi, onda “Qarabağ”ı da məğlub etdik. Aqressiv futbol oynayan məşqçidi, bu, xoşuma gəlir. Daha çox hücum etməyə fokuslanır. Onun iş üslubu, oyun stilini bəyənirəm. 
  • - Aleksey İsayevin gedişindən sonra dirijorluq səndədi. Necədi? İsayevsiz çətin deyil? Gözün meydanda onu axtarır?
  • - Əlbəttə, Aleksey komandada çatmır. Hər halda, oyuna daha çox nəzarət edə, oyunu aparan, topa daha çox sahib olan futbolçu idi. Amma buna baxmayaraq, o bizdən ayrılıb, heç nə edə bilməzsən.
  • - Səncə, "Sabah"ın cari mövsümdə uğrusuz çıxışının əsas səbəbi məhz aparıcı futbolçuların gedişidi?
  • - Gedən futbolçular komandamızn sürəti idi. O insanlar bir anda epizodu dəyərləndirə, oyunun taleyini həll edə bilridilər. Deyə bilmərəm ki, yeni futbolçularımız bunu edə bilmir. Amma məncə, nəsə çatmır və bu, oyunumuzda öz sözünü deyir. Keçən mövsüm yox, keçən ilin birinci hissəsində yaxşı şanslarımız oldu, əldən buraxdıq. Üzüzü xal itirdiyimiz matçlar oldu. Misal üşün “Səbail”lə səfərdə yaxşı oynadıq, lakin yekunda 2:2 oldu. Qalib gəldiyimiz matçda standart vəziyyətdən top buraxaraq qələbəni əldən verdik. Bundan başqa bir sıra oyunlarımız oldu ki, yaxşı təsir bağışladıq, sadəcə, şanslarımızdan istifadə etmədik, səhvlər etdik, lazımsız qollar buraxdıq. Bəli, eizodu həll edə bilən futbolçularımız çatışmır. Lakin fikrimcə, vaxt gedikcə yeni gələnlər optimal oyun kondisiyalarını yığaraq daha yaxşı olacaqlar. 
  • - Səncə, yeni gələcək baş məşqçi “Sabah” üçün mövsümü xilas edə bilərmi? Çünki avrokuboklara getməlisiniz, kubokda buna artıq şansınız yoxdu, yalnız çemponatdan vəsiqə qazanmalısınız…
  • - Murad Oleqoviç komandanı elə pis vəziyyyətdə qoymayıb. Rəqiblərimizlə xal fərqimiz böyük deyil, əslində, çox azdı. Yəqin, yeni baş məşqçimiz məqsədə nail olar. Əslində, Musayev də düşdüyümüz vəziyyətdən bizi xilas edə bilərdi ki, avrokuboklara yollanaq. Hesab edirəm ki, yaxşı baş məşqçi gəlsə, əlbəttə, oyunumuza müsbət təsir göstər bilər. Nəticədə turnir cədvəlində avrokuboklara vəsiqə verən yerlərdən birini tutaq. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC