"Neftçi"nin sabiq legioneri Voyislav Stankoviç özünə yeni klub tapıb.
Presssport.az xəbər verir ki, 37 yaşlı müdafiəçi Serbiyada qalıb.
Belə ki, təcrübəli serbiyalı futbolçu "Teleoptik"la anlaşıb. Vojislav Serbiya aşağı liqasında yarışan klubda cari mövsümün sonunadək oynayacaq.
Xatırladaq ki, Stankoviç karyerası ərzində "Dinamo"(Vranye), "OFK Beoqrad", "Partizan", "İnter"(indiki "Şamaxı"), "Qəbələ", "Neftçi" klublarının formasını geyinib. O, son olaraq Serbiya Super Liqasında yarışan "Jelezniçar"(Pançevo) klubunda oynayırdı.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC