Millimiz UEFA İnkişaf Turnirinə 1:8 hesablı məğlubiyyətlə başladı

15 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün ilk oyununu keçirib.

Presssport.az xəbər verir ki, millimiz Belarus Futbol Federasiyasının Futbol Kompleksində meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Görüş Belarus komandasının 8:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 86-cı dəqiqədə Könül Hüseynova vurub.

Turnir çərçivəsində bu gün keçirilən digər oyunda Rusiya yığması Özbəkistan millisini 9:0 hesabı ilə məğlub edib.

Xatırladaq ki, milli komandamız növbəti oyununu sentyabrın 19-da Özbəkistan yığmasına qarşı keçirəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC