Andrade penaltini qaçırdı, millisi dayandı

"Qarabağ"ın futbolçusu Patrik Andradenin çıxış etdiyi Kabo-Verde millisi Afrika Millətlər Kubokunda 1/4 final mərhələsinin oyununa çıxıb.

Presssport.az xəbər verir ki, adıçəkilən yığma Cənubi Afrika millisi ilə qarşılaşıb.

Oyunun əsas və əlavə vaxtında qol vurulmayıb - 0:0. Penaltilər seriyasında isə cənubi afrikalılar daha dəqiq olaraq (2:1) yarımfinala yüksəlib.

Matçın 65-ci dəqiqəsində meydana daxil olan Andrade sonuncu penaltidən yararlana bilməyib. Onun zərbəsini rəqib qapıçı dəf edib. Matçın qəhrəmanına çevrilən həmin qolkiper Kabo-Verde millisinin 3 penaltisinin qola çevrilməsinə imkan verməyib.

Yarımfinalda Cənubi Afrika Nigeriya ilə, Fil Dişi Sahili isə Konqo Demokratik Respublikası yığması ilə qarşılaşacaq. Oyunlar fevralın 7-də keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC