Çempionlar Liqasının (ÇL) pley-off mərhələsinin "Yanq Boys"la (İsveçrə) keçirilən oyununda rəqib fubolçusuna təpik atan "Qalatasaray"ın kapitanı Fernando Musleranın cəzası bəlli olub.
Presssport.az xəbər verir ki, UEFA uruqvaylı qapıçını 3 oyunluq diskvalifikasiya edib.
Muslera İstanbuldakı qarşılaşmanın 87-ci dəqiqəsində qol vuran Alan Virjinyusa təpik vurub. Həmin epizoda görə 38 yaşlı qolkiper birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.
Xatırladaq ki, "Yanq Boys"la hər iki oyunda uduzan (2:3, 0:1) "Qalatasaray" ÇL-lə vidalaşıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC