"Tottenhem"in aparıcı hücumçusu "Qarabağ"a qarşı oynamayacaq

Avropa Liqasının Liqa mərhələsində ilk oyununu "Qarabağ"a qarşı keçirəcək "Tottenhem"in heyətində itkilər var.

Presssport.az xəbər verir ki, London klubunun baş məşqçisi Ange Postekoqlu İngiltərə Premyer Liqasının 4-cü turunda "Arsenal"la keçirilən oyundan (0:1) sonra bu barədə danışıb.

O, əvvəlcə London derbisində meydana çıxmayan braziliyalı hücumçu Rişarlison və malili yarımmüdafiəçi Yves Bissumanın durumundan danışıb: "Bissumanın bazar gücü "Brentford"a qarşı oynamaq ehtimalı var. Qasığında zədə var idi, amma elə də ciddi deyil. Rişarlisonun oynamağına isə hələ bir az vaxt lazımdı. O, reablitasiyadadı". 

İngils həmkarlarımız Rişarlisonun sentyabrın sonlarında meydana çıxmağa hazır olacağını yazıb. Bu isə o deməkdi ki, londonıuların aparıcı forvardı "Qarabağ"la oyunu buraxacaq.

Baş məşqçi niderlandlı müdafiəçi Mikki van de Ven və ingilis hücumçu Dominik Solankenin isə sıraya döndüyünü açıqlayıb.

Xatırladaq ki, sentyabrın 26-da keçiriləcək "Tottenhem" - "Qarabağ" oyunu Bakı vaxtı saat 23:00-da start götürəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC