AFFA-nın sabiq icraçı vitse-prezidenti Elxan Məmmədov FİFA-da yeni vəzifəyə təyin olunub.
Presssport.az xəbər verir ki, o, FİFA-da Üzv Assosiasiyaların direktoru vəzifəsinə təyin edilib.
O, yeni vəzifəsinin icrasına bu il noyabrın 1-dən başlayacaq.
Məlumatda bildirilib ki, bu vəzifə yüksəlişi onun FİFA Avropa Milli Assosiasiyaları Departamentinin direktoru kimi yenilikçi yanaşması və güclü iş etikasını geniş şəkildə tanıtması ilə əlaqədardı.
FİFA-nın baş katibi Mattias Qrafström yeni təyinatı şərh edib: “Elxan irəli çəkilməyə tamamilə layiqdir. O, ardıcıl olaraq liderlik, yaradıcılıq və bütün dünyada futbolun inkişafına dərin bağlılıq nümayiş etdirib. Onun bu yeni vəzifədə uğurlarının davamını gözləyirik”.
Hazırda Məmmədov FIFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru vəzifəsində çalışır.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC