Yenə "Neftçi"ylə açılış - yenə "Neftçi" "siftə"ni korlayacaq?

Azərbaycan Premyer Liqasında son illərdə müxtəlif stadionlarda uzun fasilədən sonra ilk matçların "Neftçi"nin iştirakıyla keçirilməsi artıq ənənə halını alıb.

Presssport.az xəbər verir ki, bu, ardıcıl 3-cü mövsümdü və indi buna Sumqayıtda Mehdi Hüseynzadə adına şəhər stadionunda şahid olacağıq.

Belə ki, həmin arenada 10 ildən sonra ilk matç keçiriləcək.

Bunadək 2021/22 mövsümündə Şamaxı şəhər stadionunun açılışı “ağ-qaralar”la olmuşdu. Onda bakılılar yerli “Şamaxı” üzərində 2:1 hesablı əzmkar qələbə qazanmışdı.

Keçən mövsüm 2022/23-də qəzalı vəziyyətdə olduğuna görə qadağa qoyulan Gəncə şəhər stadionuna dönüş "Neftçi"ylə ev matçıyla olmuşdu. Onda da “ağ-qaralar” yerli “Kəpəz”ə qalib gəlmişdi - 2:0.

“Sumqayıt” ilk illərində “Mehdi Hüseynzadə”də oynayaraq təbii ki, "Neftçi"ylə də görüşüb. “Neftçi” isə hələ 90-ci illərdə ilk titullarından birini məhz bu arenada qazanıb. Bu, Azərbaycan Super Kuboku olub ki, onda çempion olan komanda ölkə kubokunun qalibi - həmşəhərliləri “İnşaatçı”sını 4:1 hesabıyla məğlub edib. "Neftçi"dən Samir Ələkbərov dubla imza atıb, Nurəli Əsədovla Mais Əzimov hərəyə 1 dəfə fərqlənib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC