Elman Sultanov I Liqada hədəflərini açıqladı: "Hər matçda 3 xal üçün oynayacağıq"

“I Liqada debütümüzün uğurlu olmasına, oyunda göstərdikləri xarakterə görə bütün futbolçularıma təşəkkür edirəm. Çünki hesabda 0:1 geridə olsaq da, sonradan 2 top vuraraq yekunda meydandan qalib ayrıldıq. Hətta matçın sonlarında qırmızı vərəqə gördük və azlıqda qaldıq. Amma buna baxmayaraq, uşaqlar yenə böyük xarakter nümayiş etdirərək görüşü qələbəylə başa vurduq. Elə əvvəldən də 3 xalı götürməyi planlaşdırmışdıq, o da oldu”.

Bu fikirləri Presssport.az-a açıqlaamaısnda "Baku Sportinq"in baş məşqçisi Elman Sultanov deyib.

II Liqanın qalibi kimi I Liqaya vəsiqə qazanan paytaxt təmsilçisi ilk turdaca diqqəti özünə cəlb etdi. Belə ki, Elman Sultanovun komandası liqalarında çempionluğa əsas namizədlərdən sayılan "İmişli" üzərində səfərdə əzmkar qələbə (2:1) qazanmağı bacardı. Bunu Tovuzda reallaşdıran bakılılar ilk ev matçında bu gün MOİK-lə görüşəcək. Bu isə Buzovnada olacaq. Həmin matçda da qələbəni hədfləyən Sultanov mövsümdən gözləntisini də açıqlayıb: “Bu mövsümün debütantıyıq, I Liqadan gəlmişik. Tamamilə yeni yığılan komandayıq. Təbii ki, hədəflərimiz də var. Bu isə turnir cədvəlində yuxarı pillələrində yer almaqdı. Meydana hər oyuna qalib gəlmək üçün çıxacağıq. Əsas məsələ budu. Bəli, bəziləri çempionluğa əsas namizəd kimi ”Qəbələ"nin adını çəkir, digərləri “İmişli”nin adını söyləyir. Lakin təbii ki, hər dəfə meydanda qalib gəlmək, 3 xal qazanmaq üçün oynayacağıq. Bu, alınacaq, ya yox - artıq təbii ki, həmin vaxt bəlli olacaq. Bu, futboldu".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC