"Santuşun Azərbaycanda olması mənə xoşdu, yığmanıza köməyi dəyər bilər" - portuqaliyalı futbolçu

"Kəpəz"in yeni transferi Dioqo Verdaska kluba keçidi haqqında danışıb.

Presssport.az xəbər verir ki, 27 yaşlı müdafiəçi Gəncə təmsilçisinin mətbuat xidmətinə açıqlamasında azarkeşlərin sevimlisi olmaq istədiyini deyib: “Burdda olduğum üçün çox xoşbəxtəm. Bir az da həyəcanım var. Bütün var gücümü ortaya qoyub komandama kömək etmək istəyirəm. Qarşıdakı oyunlarda bacarığımı göstərmək üçün çox çalışacam". Dioqo Azərbaycanda bir çox portuqaliyalı futbolçunun çıxış etməsindən xəbərdardı: "“Kəpəz”də də həmyerlilərim oynayır. Ötən mövsüm Gəncədə forma geyinən İqor Rodriqesin azarkeşlər tərəfindən necə sevilməsindən xəbərdaram. Bunu qarşılanmağımdan hiss etdim. Mən və indiki komanda yoldaşlarım da bu sevgini qazanmaq istəyirik. Bunun üçün də dayanmadan məşq edəcəyik. Portuqaliyalıların “Kəpəz”də özünü ən yaxşı tərəfdən göstərməsi mənim üçün qürurvericidir. Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş da portuqaliyalıdır. Onun burda olması da xoşdur. Təcrübəli mütəxəssisdir, yığmanıza köməyi dəyə bilər”.

Xatırladaq ki, "Kəpəz" Dioqo ilə cari mövsümün sonunadək müqavilə imzalayıb. Verdaskanın son klubu İspaniyanın Sequnda (La Liqa 2) təmsilçisi “Mirandes” olub. "Portu"nun yetirməsi olan futbolçu İspaniyada "Real Saraqosa"da, eləcə də "Beytar" (İsrail, Yerüsəlim) və "Şlensk" (Polşa, Vrotslav) klublarında oynayıb

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC