"İnanıram ki, Mahir Emreli sonradan meydana çıxsa, fərq yarada bilər" - Miroslav Kloze

“İnanıram ki, Mahir Emreli sonradan meydana çıxsa, fərq yarada bilər”.

Presssport.az xəbər verir ki, bunu “Nürnberq”in baş məşqçisi Miroslav Kloze Almaniya təmsilçisinin mətbuat xidmətinə açıqlamasında deyib.

O, yay transferləri olan, hələ də zədə üzündən debüt etməyən millimizin hücumçusu Mahir Emrelinin hazırkı durumu haqda yenə söz açıb: “Emreli 90 dəqiqə oynamağa hazır deyil. Amma matça sonra daxil ola bilər".

Bu yerdə bildirək ki, "Nürnberq” sentyabrın 21-də "Herta"nı qəbul edəcək.

Xatırladaq ki, Mahir “Ulm”a səfərdə 2:1 hesabı ilə qalib gəldikləri II Bundesliqanın V turunun oyununda iştirak ərizəsində yer alıb. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC