15 yaşadək (U-15) qızlardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində növbəti dəfə məğlub olub.
Presssport.az xəbər verir ki, yığmamız Belarus Futbol Federasiyasının Təlim-Məşq Mərkəzində Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 76-cı dəqiqədə Könül Hüseynova vurub.
Onu da bildirək ki, daha əvvəl Belarusa 1:8 hesabı ilə uduzan U-15 son oyununu sentyabrın 22-də Rusiya yığmasına qarşı keçirəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC