Murad Musayev: "Rusiyadan gələn təklifləri nəzərdən keçirməyə hazıram"

Üç gün əvvəl "Sabah"dan ayrılan Murad Musayev karyerasını harda davam etdirmək variantlarından danışıb. 

Presssport.az xəbər verir ki, 41 yaşlı rusiyalı mütəxəssis öz ölkəsinin mətbuatına açıqlamasında Vətənindı işləmək istədiyini söyləyib:

“Əlbəttə, Rusiyadan gələn təklifləri nəzərdən keçirməyə hazıram. Mahaçqala "Dinamo"su? Hacı Müslümoviç artıq sualınıza cavab verib”. 

Bu yerdə bildirək ki, "Dinamo"nun prezidenti Hacı Hacıyev deyib ki, Musayevi komandada baş məşqçi kimi görməyə etiraz etməz, amma indi ona kiçik fasilə lazımdı  Hacıyev Musayevlə yalnız "Sabah"dan ayrıldıqdan sonra ona dəstək olmaq üçün danışdığını bildirib.

Xatırladaq ki, Musayev 2021-ci ilin oktyabrından “Sabah”ı çalışdırırdı.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC