Kantariya Azərbaycanda yaşadığı tarixi an, Ayxan Abbasovun zəngi və "Kəpəz"lə fərqli saymadığı duel haqda: "Bura qayıdışım Livandakı müharibəylə bağlı deyildi, orda çempion olsam da..."

“Şamaxı”ya Premyer Liqaya qayıdandan sonra ilk ev qələbəsini qazandıran gürcü yarımmüdafiəçisi Georgi Kantariya "Sumqayıt"la həmin görüşdə sondadək meydanda ola bilmədi. Belə ki, 27 yaşlı legioner zədəyə görə əvəzlənməli oldu. Kantariya Presssport.az-a müsahibəsinə durumuyla bağlı danışmaqla başkayıb. 

  • - Bu, köhnə zədəmdi. Ağrıkəsici iynələrlə oynayırdım. Elə bu matçdan öncə də iynə vurmuşdular. Hələ oyun zamanı bir az narahatlığım vardı və əvəzlənməyimi xahiş etdim. Çünki meydanda özümü rahat hiss edə bilmirdim. Zərbə nəticəsində əzələmdə ağrılar vardı.
  • Ümumilikdə özümü normal hiss edirəm və şadam ki, komandama kömək edərək Şamaxıda qalib gəldik.
  • - 1:0 qalib gəldiyiniz bu matçda qələbə topuna məhz sən imza atdın. Həmin erkən qolu necə xatırlayırsan?
  • - Sevindirici an idi. Yaxşı komandayıq, bir ailə kimiyik. Bir-birimiz uğrunda vuruşuruq. Hansı məsuliyyətimizin olduğunu bilirik. Məni bura nəyə görə götürdüklərini yaxşı bilirəm. Meydanda bir yumruq kimi olduq və bizə yalnız qələbə lazım idi. Bunun üçün çıxdıq və xarakter nümayiş etdirdik. Onu da göstərdik ki, hamıya rəqabət apara bilərik. 
  • - Yeni klubunda ilk qolunu vurdun. Bu, sənin üçün xüsusi önəm kəsb etdi?
  • - Qol vurmaq həmişə yaxşıdı. Üstəlik, bu, "Şamaxı"nın Premyer Liqaya qayıdandan sonra ilk ev qələbəsinə təsadüf etdi. Son qolum xeyli əvvəl olmuşdu. Ümumiyyətlə, qolu mən vuracam, yoxsa başqası - buna xüsusi fikir verirəm. İlk növbədə oyunumla komandada kömək etməyə çalışıram. Çox şadam ki, qol vurmağım alındı və bu, komandamın qələbə qazanmağına kömək oldu. Bunlar yalnız müsbət emosiyalar gətirdi. 
  • - Maraqlıdı, son qolunu xatırlayırsan?
  • - Bir şeyi deyim ki, Azərbaycanda ilk klubum "Kəpəz"də qol vurmamışdım. Yalnız məhsuldar ötürmələr vermişdim. 
  • - Maraqlı faktdı, nəhayət, Azərbaycanda nəhayət, ilkə imza atdın…
  • - Burda 1 il olmadım, həmin vaxt Livanda çıxış etdim. Orda fərqlənmişdim. Azərbaycanda isə qismət bu günə imiş. Amma dediyim kimi, bu, mənim üçün önəmli deyil, buna xüsusi diqqət yetirmirəm.
  • - Yeri gəlmişkən, növbəti turda keçmiş komandana qarşı oynayacaqsınız. Yəqin, bu, sənin üçünü xüsusi matç olacaq….
  • - Emosional baxımından xüsusi olmayacaq. Çünki peşəkar futbolçuyam və indi bütün fikrim, konsentrasiyam yalnız "Şamaxı"yla bağlıdı. İstəyirəm komandama kömək edim ki, yalnız nəticə qazanaq. Bəli, “Kəpəz"də dostlarım oynayır. Orda azarkeşlər də mənə böyük hörmət bəsləyir, sevir. Mən də həmçinin, çünki onlardan çox sevgi almışam. Real olaraq yaxşı komandadı "Kəpəz”, sadəcə, indi yaxşı vəziyyətdə deyil. Yaxşı oyun olacaq. 
  • - Qalib gəlsəniz, gəncəlilərlə xal fəriq 11-ə yüksəldəcəksiniz. Bunu Premyer Liqada qalmaq baxımından böyük üstünlük sayırsan?
  • - İndi bu haqda düşünmürük. Yalnız qarşıdan gələn hər oyunu düşünürük və ona hazırlaşırıq. Hər matçda maksimum gücümüzü qoyuruq ki, qalib gələk. Hər turda nəticə, xal bizim üçün çox vacibdi. Fikrimcə, mövsümün sonunda yalnız Premyer Liqada qalmayacağıq, hamıyla rəqabət aparacağıq. Çünki bizdə komanda, kollektiv yaxşıdı. Futbolçularımız da səviyyəlidi. Görünür ki, yeni komandadı və oyundan-oyuna daha yaxşı oluruq. Oyun sistemimizdə, fiziki, taktiki hazırlığımızda getdikcə irəliləyiş var. 
  • - Livanda çempion olaraq Azərbaycana döndün. Bu, necə bir hissdi?
  • - Bu, həmişə yaxşıdı ki, çempion olursan. Çünki əməyin, məşqlərin yekunda nəticə verir. Bəli, bu, çox yaxşı emosiya idi. Özü də karyeramda ilk çempionluq idi və onu Livanda “Nejmeh”lə qazandım. Amma Azərbaycana qayıtmaq istəyiridm. Çünki tanış çempionatdı və burda özümü rahat hiss edirdim. Hazırkı baş məşqçim Ayxan Abbasov mənə zəng edəndə, çox fikirləşmədim. Çünki bu mütəxəssisi çoxdan tanıyıram. Onun həmişə yaxşı komandası olub və təklifinə dərhal razılaşdım. Ona görə ki, Abbasovla işləmək çox rahatdı və bunu davam edirik.
  • - Məlumdu ki, Livanda müharibə gedir. Ordakı vəziyyəti bizə danışardın…
  • - Bilirsiniz, paytaxt Beyrutda müharibə yox idi, bizə problem yaratmırdı. Baş verənlər bizdən xeyrli uzaqda - bir rayonda idi. Paytaxt təmsilçisi idik və məskunlaşdığımız şəhərdə heç bir narahatlığımız yox idi. Hətta hiss etmirdik ki, burda müharibə gedir, yaxud başqa gərginlik var. Yəni, ölkənizə qayıdışım bununla bağlı deyildi. Sadəcə, yenidən Avropada olmaq istəyirdim. Çünki Asiyadakından çempionat fərqlənir - peşəkarlıq, infrastruktur… Burda bütün bunlar baxımından hər şey daha yaxşıdı. 
  •  

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC