Qazaxıstanın Atırau şəhərində keçirilən "Oil Capital Cup" turnirində Azərbaycanın sərbəst güləşçisi bürünc medal qazanıb.
Presssport.az xəbər verir ki, Musa Ağayev (65 kq) 1/4 finalda gürcüstanlı Luka Janeraşviliyə tam üstünlüklə (11:0) qalib gəlsə də, yarımfinalda qazaxıstanlı Mayis Aliyevə (2:13) məğlub olub.
Daha sonra digər qazaxıstanlı güləşçi Bek Jaksilikovu (5:1) üstələyən həmyerlimiz turnirdə bürünc medala sahib çıxıb.
Onu da bildirək ki, Kənan Heybətov (70 kq) və Əşrəf Aşırov (79 kq) bu gün mübarizəyə qoşulacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC