Misli Premyer Liqasının keçən turunda “Araz-Naxçıvan”la səfər matçında rəqiblə hava mübarizəsindən sonra huşunu itirərək ambulansla xəstəxanaya aparılan "Kəpəz"in kapitanı Yeqor Xvalko son durumu haqda danışıb.
Belaruslu mərkəz müdafiəçisi Presssport.az-a açıqlamasında hər şeyin qaydasında olduğunu deyib.
Onun sözlərinə görə, qısa istirahətdən sonra məşqlərə qatılaraq bugünkü matçda meydana çıxmağa hazırdı.
Yeqor həmin epizodu belə xatırlayıb: “Normal epizoddu. Orda qorxulu heç nə yox idi. Sadəcə, yerə uğursuz dəydim. Oyunda isə belə anlar çox olur. Sadəcə, bəxtim gətirmədi”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC