"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 7-ci turunda "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəldikləri matçı dəyərləndirib.
Presssport.az xəbər verir ki, 43 yaşlı mütəxəssis görüşdən sonra təşkil olunan mətbuat konfransında komandasının ilk 15 dəqiqə ərzində möhtəşəm oyun nümayiş etdirdiyini deyib:
"Bilirdik ki, bizi çətin oyun gözləyir. Çünki "Kəpəz" hər matça geri dönüş kimi yanaşır. Amma futbolçularıma təşəkkür düşür. İlk 15 dəqiqə ərzində möhtəşəm performans göstərdilər. Düzdür, çoxlu qol epizodlarından istifadə edə bilmədik. Amma bu, normaldır. Futbolçularım oyundan-oyuna daha yaxşı olmağa çalışırlar. Mühüm qələbə qazandıq".
Abbasovun fikrincə, bundan sonra oyunlar daha da çətinləşəcək: "Milli komandaların matçlarına görə beynəlxalq fasiləyədək hələ 2 matçımız var. Onlara da hazırlaşacağıq və yolumuza davam edəcəyik".
Onu da bildirək ki, "Şamaxı" hazırda turnir cədvəlində 11 xalla 4-cüdü.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC