Azər Bağırov hamını "Kəpəz"ə dəstək olmağa səsləyib: "Güclü adamam, dəyişikliklər edəcəyik, futbolçularımı kiçiltmək istəmirəm""

"Kəpəz" Misli Premyer Liqasının VII turunda öz meydanında "Şamaxı"ya 0:2 hesabı ilə uduzub.

Presssport.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransına oyunu dəyərləndirməklə başlayıb.

- Komandada vəziyyət elədir ki, oyundan-oyuna tam adaptasiya ola bilmirik. Bəzi şeyləri dəyişmək istəmişik. Amma oyunda alınmır. Bu gün müdafiədə çox kobud səhvlərə yol verdik. Belə qollar buraxanda komanda təzyiq altına düşür. Uşaqlar bu təzyiqdən çıxa bilmədilər. İkinci hissədə bəzi şeyləri dəyişmək istədik. Amma alınmadı. Komanda qol vura bilmir. Hücumda çox şeyi dəyişməliyik.

- Azarkeşlərin istefa şüarlarına münasibətiniz necədir?

- Güclü adamam, dəyişikliklər edəcəyik. Hamını komandaya dəstək olmağa səsləyirəm. Düşünürəm ki, yaxşı oyunlarımız olacaq. Bir neçə oyunçu da bizə qoşulacaq. Qol vurmaq lazımdır ki, üstünlük səndə olsun. Bunun üzərində çox işləməliyik. Bizim problem müdafiə deyil, hücumdu, vaxtında qol vura bilmirik. Bunun nəticəsində də müdafiə təzyiqdə olur.

- Qarşıda "Qarabağ", "Neftçi", "Zirə" və "Turan Tovuz"la oyunlar var. Bu matçlardan gözləntiləriniz nədir?

- Bu, futboldur. Səhvlərin üzərində işləyəcəyik. Həmin səhvləri aradan qaldırandan sonra nəticələr də gələcək. Ümid etməli deyilik, iş görməliyik, bilməliyik ki, tutduğumuz yox düzdür. Futbolçularımızı kiçiltmək istəmirəm. Taktiki planda iş görməliyik. Tribunadakı şüarlar futbolçulara da təsir edir. İstefa şüarları, futbolçuların ünvanına deyilən sözlər... Əlimizdə olan futbolçular bunlardır. Onlarla bu vəziyyətdən çıxmalıyıq. 

- Elmir Tağıyevin durumu necədir?

- Zədəsi ciddidir. MRT müayinəsindən sonra daha dəqiq bilinəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC