Qriqorçuk azarkeşlərə qələbə sevinci yaşadacağına söz verdi: “Neftçi” rəhbərliyindən anlayış görürəm, futbolu çox yaxşı dərk edirlər”

"Ölkədə iki bayram qeyd edilir. Təəssüf ki, azarkeşlərimizi yaxşı oyun və yaxşı nəticə ilə sevindirə bilmədik".

Presssport.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk Misli Premyer Liqasının 7-ci turunun "Qarabağ"la oyundan sonra mətbuat konfransında deyib.

O, ardından jurnalistlərin suallarını cavablandırıb:

- "Neftçi" azarkeşlərini nə vaxt sevindirəcəksiniz?

Bir neçə dəfə dediyimi təkrarlayacam, mənim üçün heç də xoş olmayan odur ki, azarkeşlərimizi sevindirə bilmirik. Bunu yaşamaq mənim üçün çətindir. Amma əminəm ki, yaxşı futbol və yaxşı nəticəyə layiq olan qələbə ilə sevindirəcəyik. Söz verirəm ki, bu sevinci onlara yaşadacağıq.

- Oyun planı nədən ibarət idi və nə həyata keçirilmədi?

Başa düşürdük ki, ən yaxşı edə biləcəyimiz hücumda topla oynamaq idi. Buna ümid edirdik və çalışırdıq ki, daha çox topla oynayıb, daha çox hücum edək. Bunu istədiyimiz səviyyədə gerçəkləşdirə bilmədik. Burada tək bizim günah yoxdu. Rəqibin güclü olması buna mane oldu. Müdafiə planında isə rəqibi öndə pressinq etmək istəyirdik. Amma yarımçıq alındı. Bu cür keyfiyyətli və sürətli oyunçulara qarşı komandaya mövqe müdafiəsi bizə çətinlik yarada bilər. Ona görə irəlidə pressinq etmək istəyirdik.

- Vəziyyət belə davam edərsə, qarşıdakı hədəflər nədir?

Yalnız bir hədəfimiz var. İndi turlarla qalib gəlməyəndə, adamın dili gəlmir, çoxlu sözlər deyək. İndi sakit duraq. Ümid edirəm ki, futbol haqda danışmaq daha asan olacaq. Onu görəcəksiz. Qarşıdakı hədəfimiz odur ki, istədiyimiz futbolu tətbiq edək. İstədiyimiz kimi oynayanda, danışmaq daha asan olacaq.

- "Neftçi"nin istədiyi futbolu oynaması üçün nə çatışmır?

Zaman. Amma indi susmağı daha üstün tuturam. Müxtəlif insanlar bu vəziyyətə fərqli baxır. Amma "Neftçi"nin oyunu ilə bağlı bütün tənqidləri üzərimə götürürəm. Baş verənlərin hamısının dərin analizi var. Sakitəm, rahatam. Oyunçularımıza inanıram. İnanırıq ki, yaxşı futbol oynayan, yaxşı nəticə qazanan "Neftçi" görəcəksiz.

- Rəhbərlik sizə o vaxtı verəcək?

Bu suala cavab verməyim düzgün alınmaz. Rəhbərliyə verməlisiniz. Onlarla danışırıq, onlardan yüksək səviyyəli anlayış görürəm. Futbolu çox yaxşı, yaxından dərk edirlər. Lazımı, düzgün addımlar atırlar. Rəhbərliklə müzakirələrdən sonra bu qənaətə gəldim. Bu insanlarla danışan zaman onları başa düşə bilirəm, onları dinləyirəm. Ona istinadən sizə bunu deyirəm. Çox yüksək səviyyədə başa düşürlər, çox yüksək dərkedici ambisiyaları var, bunun üçün nə etmək lazım olduğunu bilirlər. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC