"Dövlət suverenliyi münasibətilə xalqımızı təbrik edirəm. Bizim üçün əlamətdar gündür. Oyuna gəlİNCƏ, vacib qələbə oldu. Çox yaxşı komandaya qarşı oynayırdıq. "Neftçi"nin son nəticələrinə baxdıqda, bilirdik ki, çox ciddi hazırlaşacaqlar. Bunu meydanda hiss etdik. İlk hissədə üç qol vursaq da, fasiləyə yaxın daha çox hücumda olan tərəf idilər. İkinci yarıda riskə getdilər. Xeyli çətinliklər çəkdik. Nəticə çox vacib idi. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm ki, çox mədəni formada yaxşı azarkeşlik oldu. "Neftçi"yə və Roman Qriqorçuka uğurlar arzu edirəm".
O, ardından jurnalistlərin suallarını cavablandırıb:
- Qarşıda "Tottenhem"lə matç var. Bu oyunda o görüş üçün nəyisə sınaqdan keçirdiz?
- Fikrimiz var idi. Bəzi elementlərlə bağlı idi. Amma çox az alındı. Bu da oyunun gedişatına görə idi. Oyunun sonlarına yaxın daha çox alınmağa başladı.
- Ötən mövsüm "Qarabağ" daha həvəsli görünürdü, bu mövsüm eyni tempdə gedirsiniz. Bu motivasiya ilə "Tottenhem"ə qarşı yaxşı çıxış etmək mümkün olacaq?
- Oyundan əvvəl motivasiya veriləcək. Amma bu və oradakı oyunun tempi eyni olmayacaq. Rəqib məcbur edir ki, daha sürətli oynayaq. Bu və o oyunları yan-yana qoymaq olmaz. Əfsuslar olsun ki, tez-tez ritm dəyişir. Ən vacib elementlərdən biri, rəqibin tempinə hazır olaq.
- Bu gün beşinci qola vaxt çatmadı?
- "Neftçi"yə uğurlar arzulayıram. "Neftçi" rəqibimiz olsa da, özüm bu komandanın azarkeşi olmuşam. Orda oynamışam, baş məşqçi olmuşam. Bu nəticələr heç birimiz üçün xoş deyil. Səbirli olmaq lazımdır. Futboldur, hamımızın işində belə nəticələrlə ola bilər. Heç bir komanda üçün belə uğursuzluq istəmərəm. Hər biri öz komandalarımızdır. Avrokuboklarda hamımız bir oluruq. Məncə, səbirlə, gözləmək lazımdır. Belə hallar olanda deyirəm ki, demək xeyir var. "Neftçi" böyük tarixə malik klubdur. Əvvəl-axır, sonda yenə öz əvvəlki nəticələrini geri qaytaracaq.
- "Qarabağ"da olanda da millidə oynamırdı. Söhbətimiz olurdu. Belə hallarla bağlı çox dərinliklərə getmirəm. Futbolçunun yaşı elədir ki, təcrübəlidir, işin içindədir, daha düzgün görür. Bütün futbolçulara tövsiyyəm o olub ki, darıxmayın, səbir edin. Baş məşqçi rəhbərdir. İntizamını qoruyub-saxlasın, məşqlərdə ən yaxşılardan olmağa çalışsın. Get-gedə çox futbolçuda belə hallar olub. Qara güclü xarakterə malik biridir. Oynamadığı halda da, məşqlərdə ən yaxşılardan olub. Konkret nəsə deməyim, olmayıb. Bir onu bilirəm ki, Qara özünü həmişə günahlandırıb. Burada oynamayanda da, heç vaxt məşqçinin üzərinə atmayıb. Peşəkarlıq onda var. Kiminsə dalınca danışdığını görməmişəm. İnanmıram ki, desin oynatmadılar.
- "Tottenhem"i izləmək üçün Londona getmişdiniz?
- Xeyr. Heç kimi göndərməmişdik.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC