"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Ağdamda təməli qoyulan “İmarət” stadionu ilə bağlı fikirlərini bölüşüb.
Presssport.az xəbər verir ki, 52 yaşlı mütəxəssis “Neftçi”yə qarşı keçirilən Misli Premyer Liqasının 7-ci turunun oyunundan (4:0) təşkil edilən mətbuat konfrasında bu haqda danışıb:
"Maraqlandım. Şəkillərə də baxdım. Layihədən əvvəlcədən də xəbərim var idi. Deyəsən, əvvəlcə daha böyük tutumlu nəzərdə tutulmuşdu. Sırf futbol stadionudu. Azarkeşlər meydançaya tam yaxındı. Tutum az görünə bilər, amma rayon bölgəsi üçün öz çempionatımızda problem olmayacaq. Avroliqa oyunları üçün böyük olsaydı, yaxşı idi. Amma bununla başlamaq da pis deyil. Sevindim buna. Özü də, 2028-ci ilin axırlarına tamamlamaq istəyirlər. Aktiv iş rejimi olacaq”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC