Türklər Bəxtiyar Həsənalızadəyə 3 aylıq maaşını hələ də verməyib: "Şikayət etmişik, FİFA-nın qərarını gözləyirik"

Legioner həyatı yaşayan futbolçularımızdan bu yay ölkəmizə qayıdanlardan biri də Bəxtiyar Həsənalızadə oldu. Karyerasını “Araz-Naxçıvan”da davam etdriməyə qərar verən 32 yaşlı mərkəz müdafiəçisi Presssport.az-a müsahibəsində həm yeni klubundan, həm də bunadək çıxış etdiyi Türkiyənin I Liqa təmsilçisi “Tuzlaspor”dakı borc problemindən danışıb.

  • - Milliylə bağlı ikihəftəlik fasilənin komandanıza nə dərəcədə faydası oldu?
  • - Fasilə bir tərəfdən bizim üçün yaxşı oldu. Digər tərəfdən, oyunumuzu tutmuşduq. Buna görə bir az tonusdan kimi düşmüş olduq. Arada “Sumqayıt”la yoxlama matçımız oldu. Məncə, fasiləni yaxşı dəyərləndirdik. Bəzi çatışmazlıqlarımız vardı ki, həmin 2 həftədə onu üzərində işlədik. Məncə, bizim komanda üçün düşərli oldu.
  • - Yeni komandada artıq tam adaptasiya olduğunu demək olar?
  • - Məncə, demək olar.
  • - İlk vaxtlar əsas çətinliyin nə idi?
  • - Elə bir çətinliyim olmadı. Sağ olsun uşaqlar, hamısı mehribançılıq göstərdilər. Üstəlik, tanıdığım futbolçular vardı və mənə çətin olmadı.
  • -  Son turda məğlub etdiyiniz “Kəpəz”in də düşərgəsində az müddət də olmuşdun…
  • - Bəli, nisbətən maraq var idi bu oyuna. Sağ olsunlar, müqavilə imzalayandan sonra “Tuzlaspor”a gedişimə şərait yaratmışdılar. Çalışırdım ki, fərq qoymayım. Hazırlığımız hamıya qarşı eyni cürdü və çalışırdıq ki, qələbə qazanaq. Məncə, bu gün oyunumuz elə də yaxşı alınmadı. Fikrimcə, əsas nəticə idi. 
  • - Mərdəkandakı qazon buna imkan vermədi?
  • - Deməzdim ki, qazonla bağlı idi. Bundan əvvəlki matçlarımızda qazon da yaxşı deyildi, yaxşı oyunlarımız olmuşdu. Səbəbini yəqin, məşqçilərimiz araşdıracaq və bizlərə analizdə göstərəcək. Əvvəlki matçlara nisbətən “Kəpəz”ə qarşı oyunumuz bir az yaxşı alınmadı. 
  • - İlk 6 tura əsasən göstərdiyiniz nəticəni qənaətbəxş saya bilərsiniz?
  • - Məncə, qənaətbəxşdi. Amma daha yaxşı da ola bilərdi, daha da pis. Hesab edirəm ki, ümumilikdə psi deyil və işimizi davam etdirmək lazımdı.
  • - Daha yaxşı olmasına nə mane olur?
  • - Daha yaxşı ola bilərdi deyəndə, misal üçün “Neftçi”ylə görüşü nəzərdə tuturam ki, son dəqiqələrdə buraxdığımız qol olmasaydı, hesabımıza 3 xal yazacaqdıq. Hər bir işdə bir xeyir var. Məncə, o bizim üçün dərs oldu. 
  • - Çətin Tovuz səfərindən gözləntiniz nədi?
  • - Həqiqətən çətin səfər matçı olacaq. Mənim üçün maraqlı olacaq. Futboçular həmişə belə maraqlı oyunları gözləyirlər - həm azarkeş, həm də Tovuz klubunun turnir cəvbəlində lider olması baxımından. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq. Hər oyuna 3 xal əldə etmək üçün hazırlaşırıq. Fikirləşirəm ki, həm bizim, həm rəqib, həm də azarkeşlər üçün maraqlı matç olacaq.
  • - “Tuzlaspor”la borc məsələn bitdimi?
  • - Şikayətlə bağlı rəsmi məsələlər demək olar bitib. Borcla bağlı ümumi proses hələ davam edir. Klubun mənə borcu qalıb ki, onu hələ də ödəməyib. 
  • - Məbləği konkret bilmək olar?
  • - Üç aylıq maaşdan söhbət gedir. Elə böyük məbləğ deyil. Verməsələr, çox güman, transfer qadağası olacaq. Sadəcə, FİFA-nın qərarını gözləyirik. Xeyrimizə qərar versə, bundan sonra onlara vaxt qoyulacaq ki, mənə çatacaq pulu ödəsinlər.
  • - Problemin könkündə nə dayanır ki, sənə qarşı belə münasibət göstərdilər?
  • - Ödənişlərinin çoxunda problem vardı. Yəni, tək mənimlə əlaqədar deyildi, başqalarına da borclar var. Misal üçün "Qəbələ"də oynamış nigeriyalı hücumçu Ceyms Adeniyinin də problemi olmuşdu, FİFA-ya şikayət etmişdi. Yəni, belə problemlər çox olmuşdu, ilk dəfə deyildi.
  • - FİFA nə vaxt məsələyə son qoyar?
  • - Hər halda, bu ayın sonunadək qərar çıxmalıdı. Bundan sonra gözləyəcəyik ki, ödəniş edəcklər, ya yox. Ödəniş olmasa yəqin, qış transferinə qadağa qoyacaqlar. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC