Misli Premyer Liqasının 2024/25 mövsümündə ilk avtoqol qeydə alınıb.
Pressspot.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, VII turun “Qarabağ” – “Neftçi” matçında (4:0) yaşanıb.
Qonaqların futbolçusu Robert Bauer topu öz qapısına vurub.
Bu, ölkə çempionatları tarixində 234-cü avtoqol olub.
“Neftçi”nin futbolçuları Azərbaycan çempionatlarında 25-ci dəfə topu öz qapısına vurub. Bu, yarışın tarixində antirekorddu. “Qarabağ” isə 34-cü dəfə rəqib qoluna sevinib ki, bununla da sahib olduğu rekordu yeniləyib.
Onu da bildirək ki, “Neftçi”nin avtoqollarından 8-i “Qarabağ”la görüşlərə təsadüf edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC