Mahmudovdan Qriqorçukun kapitanlığı ondan almasına münasibət: "Bu müddətdə çətin anlar da oldu, kədərli də..."

"Bildiyiniz kimi, artıq “Neftçi”nin kapitanı deyiləm. 6 il ərzində “Neftçi”nin kapitanı olmuşam və bununla qürur duyuram”.

Presssport.a xəbər verir ki, bu fikirlər “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudova məxsusdur.

Mahmudov kapitanlığın ondan alınmasına özünün sosial şəbəkə səhifəsində paylaşım etməklə münasibət bildirib.

32 yaşlı futbolçu daha sonra bunları qeyd edib: “Bu müddətdə çətin anlar da oldu, kədərli dəBu müddətdə çətin anlar da oldu, kədərli də, amma sevincli günlər də az deyildi. Düzdür, oyunumda eniş-yoxuşlar oldu, amma həmişə komandaya kömək etmək üçün bacardığım qədər çalışdım.

Bəzən alınmadı, amma əlimdən gələni etdim. Sizdən hər zaman dəstək gördüm. Buna görə də hər birinizə təşəkkür edirəm”.

Xatırladaq ki, baş məşqçi Roman Qriqorçukun qərarı ilə “Neftçi”nin yeni kapitanı Ramil Şeydayev, vtse-kapitanlar isə Yuri Matias və Robert Bauerdi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC