Frank De Blekere "Turan Tovuz" - "Araz-Naxçıvan" matçındakı mübahisəli epizodu şərh edib

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Misli Premyer Liqasının VII turunun "Turan Tovuz" - "Araz-Naxçıvan" matçındakı mübahisəli epizodu şərh edib.

Presssport.az xəbər verir ki, belçikalı funksioner Naxçıvan təmsilçisinin hücumçusu Ramon Maçadonun 13-cü dəqiqədə topa oynamaq istədiyini açıqlayıb: “O, ayağının ucu ilə “Turan Tovuz” komandasının oyunçusu Roderik Millerin baş nahiyəsinə zərbə endirir. Hakim oyunçunun düşüncəsiz davranışına görə ona sarı vərəqə göstərir. Təlimatlara əsasən, “Araz-Naxçıvan”ın oyunçusunun topa baxdığını və topa oynamaq istədiyini nəzərə alaraq, verilən sarı vərəqəni dəstəkləyirik. O, ayağının ucu (butsun altı ilə deyil) ilə müdafiəçinin başına/üzünə aşağı intensivliklə və o qədər də güclü olmayan zərbə endirir. Təhlükəli vəziyyət olsa da, “Araz-Naxçıvan”ın oyunçusunun etdiyi qəsdən təmas/qayda pozuntusu deyil”

Xatırladaq ki, görüş "Araz-Naxçıvan"ın 2:1 hesablı qələbəsi ilə bitib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC