Azərbaycan parabadmintonçusu İbrahim Əliyev İndoneziyanın Surakarta şəhərində keçirilən beynəlxalq turnirdə 1 gümüş və 1 bürünc medal qazanıb.
Badminton Federasiyasından Presssport.az verilən məlumata görə, kişi parabadmintonçuların şəxsi yarışında qrup mərhələsini 2 qələbə ilə başa vuran təmsilçimiz yarımfinala kimi irəliləməyi bacarıb.
O, finalın bir addımlığında hindistanlı Rutik Raqupatiyə 0:2 (17:21,11:21) hesabı ilə uduzaraq turnirin bürünc medalını qazanıb.
İbrahim kişi parabadmintonçuların qoşa yarışında da mükafatçılar sırasında yer alıb. Sinqapur idmançısı Tay Vey Minqlə tandem təşkil edən idmançı İspaniya, Hindistan və İndoneziyanı təmsil edən rəqiblərinə qalib gələrək qrup lideri kimi finala yüksəlib. Burada Hindistanı təmsil edən Hardik Makkar-Rutik Raqupati cütlüyünə 0:2 (12:21,12:21) hesabı ilə uduzuraq “HYDROPLUS Indonesia Para Badminton International 2024” turnirinin gümüş medalını qazanıb.
Onu da bildirək ki, 2022-ci ildən Azərbaycan idmanı tarixində ilk dəfə parabadminton yarışlarında çıxış etməyə başlayan İbrahim 2 il öncə məhz İndoneziyada keçirilən beynəlxalq turnirdə debüt edib. O zaman parabadmintonda ilk addımlarını atan idmançı mübarizəni qrup mərhələsində dayandırmışdı.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC