Fevralın 5-də Premyer Liqanın XXI turunun son matçında “Kəpəz”lə qarşılaşacaq “Araz-Naxçıvan” hazırlığını bu gün matçın keçiriləcəyi Qəbələ şəhər stadionunun ehtiyat meydançasında yekunlaşdırıb.
Presssport.az xəbər verir ki, təxminən 1 saat davam edən çalışmada müdafiəçiıər - Abdulla Rzayev və braziliyalı İqor Ribeyro iştirak etməyib. Hər iki müdafiəçi müalicəsini həkim nəzarəti altında davam etdirir və onlar “Kəpəz”ə qarşı matçda forma geyinməyəcəklər.
Qeyd edək ki, “Kəpəz” – “Araz-Naxçıvan” oyunu sabah saat 15:00-da Qəbələ şəhər stadionunda keçiriləcək. Görüş “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC